Bu gün sosial mediada Abşeron rayonu? Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.
Xezerxeber.az bildirir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən xəbərə görə, məsələ ilə bağlı məlumatlıdırlar.
Qeyd olunub ki, artıq ötən həftədən etibarən Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanılıb.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib: "Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq".