Xəzər Xəbər

DYP-dən yükdaşıma qaydalarını pozan sürücülərə XƏBƏRDARLIQ

Cəmiyyət | 11:15 • 19 Fevral 2024
DYP-dən yükdaşıma qaydalarını pozan sürücülərə

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yükdaşıma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Xezerxeber.az İdarəyə istinadən xəbər verir ki, yük avtomobillərinin normadan artıq yüklənməsi yol örtüyünü sıradan çıxarmaqla yanaşı, daha təhlükəli olan bir sıra fəsadlara da yol açır. Belə ki, nəqliyyat vasitəsinin müəyyən edilmiş kütlə həddindən artıq yüklənməsi normativ-texniki tələblərin pozulmasına səbəb olur ki, bu da hərəkət zamanı idarəetmənin əhəmiyyətli dərəcədə çətinləşməsinə, avtomobilin qəfil sıradan çıxmasına, gözlənilməz vəziyyətlərdə qəzadan yayınmanın qeyri-mümkünlüyünə və digər qarşısıalınmaz proseslərin baş verməsinə birbaşa təsir göstərir. Sadalanan hallar təkcə yük daşıma qaydalarını pozan sürücü üçün deyil, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə mənbəyi sayılır ki, bu da qətiyyən yolverilməzdir.

"DİN-in Baş DYP İdarəsi bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхs barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək", - məlumatda qeyd edilib.

Rubrikanın digər xəbərləri

Leysan yagacaq
Leysan yagacaq XƏBƏRDARLIQ
14:20 • 17 Noyabr 2024
Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
12:44 • 17 Noyabr 2024
Hava şəraiti dəyişəcək
Hava şəraiti dəyişəcək
16:44 • 15 Noyabr 2024
Sabah bəzi yerlərdə duman olacaq
Sabah bəzi yerlərdə duman olacaq PROQNOZ
13:15 • 15 Noyabr 2024
Ölkə ərazisində hava yağmursuz olub
Ölkə ərazisində hava yağmursuz olub Faktiki hava
09:27 • 15 Noyabr 2024
Sabah hava əsasən yağmursuz olacaq
Sabah hava əsasən yağmursuz olacaq
12:51 • 14 Noyabr 2024

Xəbər lenti