Xəzər Xəbər

Yaxın 3 gün ərzində hava necə olacaq?

Cəmiyyət | 13:12 • 18 Fevral 2024
Yaxın 3 gün ərzində hava necə olacaq?

Dağlıq ərazilərdə fevralın 21-dək şaxta olacağı, gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova feysbuk səhifəsində paylaşım edib.

"Sinoptiklərimizin məlumatına görə, əvvəlcədən xəbər verdildiyi kimi dağlıq və dağətəyi rayonlarda qarlı hava şəraiti müşahidə olunur. Hazırda qar örtüyünün hündürlüyü Şahdağ, Qrızda 10 sm, Qusarda 9 sm, Xınalıqda 6 sm, Qubada 3 sm, Xaltan, İsmayıllı, Şabran, Göygöl, Altıağacda 2 sm-dir. Müşahidə olunan yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması istisna olunmur. Əsasən də Quba-Qusar, İsmayıllı, Şamaxı-Ağsu aşırımı istiqamətlərində".

İ.İbrahimova bildirib ki, şaxtalı hava şəraiti fevralın 21-dək davam edəcək. Bununla əlaqədar olaraq sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar