Dünyada bir ilkə imza atılıb. Belə ki, 13 yaşlı uşaq ölümcül beyin xərçəngindən tamamilə xilas olub.
İndiyədək sağalmayan beyin xərçəngi növü 13 yaşlı uşağın müalicəsi üçün istifadə edilən eksperimental dərman vasitəsilə müalicə olunub.
Belə ki, illər əvvəl Lukas adlı 6 yaşlı uşağa beyin xərçəngi diaqnozu qoyulmuşdu. “Gilal” şişi adlanan bu törəmənin uşaqlarda ölümcül olduğu bilinirdi, əslində heç bir uşaq bu xərçəng növündən sağ çıxmayıb. Fransalı həkim Jacques Grill ailəyə pis xəbəri verərkən onlara övladının öləcəyini bildirmişdi. Bu gün isə Lukas tam sağlamdır və onun 13 yaşı var. Nəticədə dünyada bununla bağlı bir ilkə imza atılıb.
“Webtekno”nun verdiyi xəbərdə belçikalı uşaq beyin şişi sağalan ilk uşaq olaraq tarixə düşüb. Lukasın müalicəsində iştirak edən həkimlərin fikrincə, uşaq xərçəngi 85 faizə qədər müvəffəqiyyətlə müalicə oluna bilsə də, bu hal digərlərindən tamamilə fərqli və perspektivlidir. Parisdə yerləşən Xərçəng Mərkəzinin üzvü Gustave Roussy bildirir ki, Lukas mümkün olmayanı edib.
“DIPG adlanan bu tip beyin xərçəngi hər il dünyada minlərlə uşaqda rast gəlinir. Kimyaterapiya və radioterapiya ilə böyüməsi zaman-zaman yavaşlaya bilən bu xərçəng növü diaqnozu qoyulan uşaqların yalnız 0,1 faizi iki ildən çox yaşayır və heç bir dərman müalicəsi bu xərçəngə qarşı təsirli ola bilmir. Lucas və ailəsi çox kiçik bir ümidlə Belçikadan Fransaya gələrək “Biomede” dərman testlərinə qatılıblar. Burada sınaqdan keçirilən dərmanlar arasından Lucas “everolimus” dərmanını sınaqdan keçirmək üçün təsadüfən seçilib. Doktor Grill müntəzəm MRT müayinələrində xərçəng əmələ gəlməsinin tamamilə yox olduğunu müşahidə etdiklərini söyləyib. Şiş yox olduqdan sonra dərmanı istifadə edən Qril, Lukasın bir müddət əvvəl dərmanı dayandırdığını tapşırması ilə prosesi sonlandırıb. Analoji müalicələrdən sonra daha yeddi uşaq sağ qalsa da, şiş yalnız Lukasda tamamilə yox olub.
Tədqiqatçılar indi Lukasın tam sağalmasının arxasında duran genetik faktorları araşdırmağa başlayıblar. Onlar bu genetik faktorları müəyyən etdikdən sonra şiş hüceyrələrinə təsir göstərən dərmanlar hazırlayacaqlarını açıqlayıblar. Bu izahatlar ümidverici olsa da, istifadəyə yararlı dərmanın istehsalının 10-15 il çəkəcəyi düşünülür. (AZƏRTAC)