Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiya ödənişini yekunlaşdırıb.
Xezerxeber.az bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə bu ayın pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə verilib. Artım bu ilin əvvəlindən tətbiq olunduğundan yanvar ayının artımı da fevral ayının pensiyası üzərinə əlavə edilərək ödənilib.