Xəzər Xəbər

Bakıda külək 21 m/s-dək güclənib FAKTİKİ HAVA

Cəmiyyət | 12:42 • 15 Fevral 2024
Bakıda külək 21 m/s-dək güclənib

Milli Hidrometeorologiya Xidmətinin fevralın 15-i saat 12:00-a olan məlumatına əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur. Naxçıvan MR, Biləsuvar, Şəki, Oğuz, Zaqatalada yağış, Şahdağda isə qar yağır.

Xidmətdən verilən xəbərə görə, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-də 10, Aran rayonlarında 11, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək istidır.

Xəbər lenti

Çox oxunanlar