Xəzər Xəbər

Dumanlı hava şəraiti nə vaxtadək DAVAM EDƏCƏK?

Cəmiyyət | 11:42 • 13 Fevral 2024
Dumanlı hava şəraiti nə vaxtadək

Dumanlı hava şəraiti fevralın 15-dək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Dumanlı hava şəraitinin fevralın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır. Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklərlə Abşeron yarımadasına daxil olub.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024