Xəzər Xəbər

Yaxın vaxtlarda avtobuslarda bu xidmət AKTİVLƏŞƏCƏK

Cəmiyyət | 15:37 • 9 Fevral 2024
Yaxın vaxtlarda avtobuslarda bu xidmət

İctimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq üçün mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

"Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan ödəniş etmək mümkün olacaq.

Yaxın vaxtlarda bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur.

Düşünürəm ki, 2024-cü il sərnişin nəqliyyatının inkişafı və tətbiq olunacaq yeniliklər baxımından çox əhəmiyyətli il olacaq", - deyə sədr qeyd edib. (trend)

Xəbər lenti

Çox oxunanlar