Fevralın 10-11-də Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə hava şəraiti sabit, əsasən yağmursuz olacaq, mülayim cənub küləyi əsəcək.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, havanın temperaturu günorta saatlarında paytaxtda 14-19, aran rayonlarında 18-23, dağlıq ərazilərdə 7-12 dərəcə isti olacaq.
“Yaxın iki gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir”, - deyə o qeyd edib.