Xəzər Xəbər

Azərbaycanda 14 yaşlı oğlan qızılcadan öldü

Cəmiyyət | 11:07 • 9 Fevral 2024
Azərbaycanda 14 yaşlı oğlan qızılcadan

Azərbaycanda daha bir nəfər qızılcadan vəfat edib.

Cəlilabad rayonunun Alar kənd sakini 2010-cu il təvəllüdlü Yusif Bəhruz oğlu İbayev qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, orada vəfat edib.

İlkin məlumata görə, 14 yaşlı yeniyetmə qızılcanın yaratdığı fəsadların ağırlaşması səbəbindən həyatını itirib.

Xatırladaq ki, ötən gün Astara rayonunda da 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev qızılca nəticəsində vəfat edib.

Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib. (Qafqazinfo)

Xəbər lenti