Bakıda ofisin seyfindən 14800 manat oğurlanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu ərazisində yerləşən ofislərin birində seyfdən qeyri-aşkar şəraitdə 14800 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.