İndeksasiya yanvarın 1-i 2024-cü il tarixindən sonra pensiyaya çıxan şəxslərin pensiyasına şamil edilmir.
Xezerxeber.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov deyib.
Onun sözlərinə görə, indeksasiya 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalara aiddir.
Qeyd edək ki, yanvarın 1-i 2024-cü il tarixindən bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb.