Bakının Yasamal rayonunda qazanxanada baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Xezerxeber.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, bu gün saat 03:58 radələrində Yasamal rayonu, İnşaatçılar pr. 11B ünvanında baş vermiş partlayış nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (cinsi kişi) Klinik Tibbi Mərkəzin Təcili Tibbi Yardım şöbəsinə gətirilib. Ona döş və belin küt travması diaqnozu qoyulub: “Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb”.