Xəzər Xəbər

Prezidentin Sərəncamı 1 milyondan çox pensiyaçını ƏHATƏ EDƏCƏK

Cəmiyyət | 13:10 • 5 Fevral 2024
Prezidentin Sərəncamı 1 milyondan çox pensiyaçını

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.

Xezerxeber.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək.

Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.

Xəbər lenti