Xəzər Xəbər

Xocalı qayıdışa hazırlaşır, 283 evdə işlər aparılır FOTO

Cəmiyyət | 12:25 • 5 Fevral 2024
Xocalı qayıdışa hazırlaşır, 283 evdə işlər aparılır

Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı şəhəri də böyük tikinti meydançasını xatırladır. Bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinlərinin bu il doğma şəhərlərinə qayıtmaları üçün geniş bərpa-quruculuq işləri həyata keçirilir.

“Bakı Abadlıq Xidməti” MMC-nin memarı Elnur Abdullayev bildirib ki, hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işləri görülür. Fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur. Artıq rabitə, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin çəkilişi yekunlaşıb, ev birləşmələri işi aparılır.

Şəhər ərazisinin məişət tullantılarından və yabanı bitkilərdən təmizlənməsi, abadlaşdırma və yaşıllaşdırma prosesidə davam edir. (azertag)

 

Xəbər lenti

Çox oxunanlar