Xəzər Xəbər

Gəncədə yataqxanada yanğından zəhərlənənlərin SON VƏZİYYƏTİ

Cəmiyyət | 16:55 • 2 Fevral 2024
Gəncədə yataqxanada yanğından zəhərlənənlərin

Gəncə şəhərində beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində baş verən yanğın hadisəsi ilə əlaqədar 2 təcili tibbi yardım briqadası cəlb edilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, 1962-ci il təvəllüdlü (qadın cinsli) şəxsə hipertenziya səbəbilə yerində yardım göstərilib. 2005-ci il təvəllüdlü (kişi cinsli) şəxs isə tüstüdən boğulma səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib.

"Hazırda Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə əlavə edilib.

Qeyd edək ki, Gəncə şəhərində beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan ümumi dəhlizin divarları qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər tüstülənmiş sahələrdən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (trend)

Xəbər lenti

Çox oxunanlar