Xəzər Xəbər

Azərbaycanda COVID-19 daha 21 nəfərin həyatına son qoydu

Cəmiyyət | 10:38 • 2 Fevral 2024
Azərbaycanda COVID-19 daha 21 nəfərin həyatına son qoydu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 ayda (31.12.2023-31.01.2024) 325 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xezerxeber.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 834 630 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, 10 400 nəfər vəfat edib, aktiv xəstə sayı 141 nəfərdir.

Ölkədə son ay ərzində 14 333, hazırkı dövrədək isə 7 748 050 test aparılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti