Xəzər Xəbər

Bakının bir sıra yollarında sıxlıq var

Cəmiyyət | 08:25 • 2 Fevral 2024
Bakının bir sıra yollarında sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Xezerxeber.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir.

Hazırda yollardakı vəziyyət:

1. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

2. Binəqədi şosesi, metronun “Azadlıq Prospekti” stansiyası istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

4. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

5. “20 Yanvar” dairəsində;

6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Xəbər lenti

Çox oxunanlar