Xəzər Xəbər

Azərbaycanda yaşı 10-dan çox olan avtomobillərin sayı açıqlandı

Cəmiyyət | 17:37 • 1 Fevral 2024
Azərbaycanda yaşı 10-dan çox olan avtomobillərin sayı açıqlandı

2023-cü ilin 31 dekabrına olan məlumata görə, respublikamızda dövlət qeydiyyatına alınmış 1,774 min 77 nəqliyyat vasitəsindən istehsal ili 10 ilədək olanların sayı 266878-dir. Bu da təxmin ölkəmizdə olan avtomobillərin 15%-dir.

Xezerxeber.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.

O bildirib ki, 10 ildən 20 ilədək olanların sayı 707 min 623-dür. Bu da dövlət qeydiyyatına alınmış avtomobillərin 39,9%-ni təşkil edir. 20 il və ondan yuxarı olanların sayı isə 799 526 ədəddir ki, bu da avtomobillərin 45,1 faizdir: "Hazırda ölkəmizdə hibrid avtomobillərinin sayı 42 min 461, elektrik mühərrikli avtomobillərin sayı isə 3 min 138-dir. Onların sayında kifayət qədər artım var".

Xəbər lenti

Çox oxunanlar