Xəzər Xəbər

Bakının iki rayonunda qaz KƏSİLDİ

Cəmiyyət | 15:28 • 1 Fevral 2024
Bakının iki rayonunda qaz

Bakının iki rayonunda təbii qaz kəsilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksək təzyiqli magistral qaz kəmərinin 12,0-ci km-də aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı 01.02.2024-cü il tarixində saat 12:00-dan işlər başa çatanadək “Şıxov” QPS-dən, “Azpetrol” və “Azərholding” ölçü qovşaqlarından qaz təchizatı dayandırılıb.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Cənub Yaşayış kompleksinin və Şıxov qəsəbəsinin, həmçinin Səbail rayonu üzrə Badamdar 3-cü yaşayış sahəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb.

Xəbər lenti