Xəzər Xəbər

E-Polis mobil tətbiqini yükləməklə ölkədən çıxışa STOP qoyulmasını YOXLAMAQ OLACAQ

Cəmiyyət | 17:45 • 31 Yanvar 2024
E-Polis mobil tətbiqini yükləməklə ölkədən çıxışa STOP qoyulmasını

Daxili İşlər Nazirliyinin (DİN) E-Polis mobil tətbiqi istifadəyə verilib.

Xezerxeber.az xəbər verir ki, tətbiq vasitəsilə məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciətlər etmək və onları rəqəmsal formada əldə etmək mümkündür.

Həmçinin proqram vasitəsi ilə borcla bağlı ölkədən çıxışa STOP qoyulmasını, işğaldan azad edilən ərazilərə buraxılış icazəsinin mövcudluğunu da yoxlamaq olar.

Qeyd edək ki, tətbiq artıq “Play Store” mobil mağazasına yerləşdirilib.

Xəbər lenti

Çox oxunanlar