Xəzər Xəbər

Bakıda bu məktəb SÖKÜLÜR

Cəmiyyət | 16:45 • 31 Yanvar 2024
Bakıda bu məktəb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 57 nömrəli tam orta məktəbin binasının sökülərək yenidən tikintisi planlaşdırılır.

Bu barədə BŞTİ-dən bildirilib.

Qeyd edilib ki, hazırda 57 nömrəli tam orta məktəbdə 906 şagird təhsil alır.

"Onlardan 557 şagirdin 291 nömrəli Ekologiya liseyinin bir korpusunda, 349 şagirdin isə 178 nömrəli tam orta məktəbdə yerləşdirilməsi nəzərdə tutulur", - deyə məlumatda bildirilib. (trend)

Xəbər lenti