Xəzər Xəbər

Qalmaqallı "tiktoker" bu xəstəxanaya YERLƏŞDİRİLDİ

Cəmiyyət | 12:19 • 30 Yanvar 2024
Qalmaqallı "tiktoker" bu xəstəxanaya

Ötən gün sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan, qeyri-etik hərəkətlər edərək “TikTok” üçün video çəkən şəxsin xəstəxanaya yerləşdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən məlumat verilib. Onun hansı xəstəxanaya yerləşdirildiyi məlum olub.

Xezerxeber.az Oxu.az-a istinadən bildirir ki, yetkinlik yaşına çatmayan A.C. Nərimanov rayonu 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Jalilov adı ilə "TikTok"da məşhurlaşan yeniyetmə yaşlı qadına qarşı etdiyi qeyri-etik davranışa görə tənqid edilib.

Bu arada “Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, 2009-cu il təvəllüdlü Əli-Afiyəddin özəl məktəblərdən birinin 9-cu sinif şagirdidir. 

Qeyd edək ki, Afiyəddin Cəlilov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb.

Xəbər lenti

Çox oxunanlar