Xəzər Xəbər

Qarabağ rəqəmsal informasiya sisteminə yeni sənədlər DAXİL EDİLDİ

Cəmiyyət | 11:40 • 30 Yanvar 2024
Qarabağ rəqəmsal informasiya sisteminə yeni sənədlər

Ötən ilin sonuna olan məlumata görə, topoqrafik xəritələr üzərində rəqəmsallaşdırılması mümkün olan 165 minə yaxın bina, tikili və qurğudan 145 mindən artığı təsbit edilib və Qarabağ rəqəmsal informasiya sisteminə daxil edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilən ərazilərdə dəyən ziyanla əlaqədar sənədlərin toplanması istiqamətində işlər aparılıb.

İşğaldan azad edilmiş ərazilərdə 1991-ci ilədək mövcud olan daşınmaz əmlak obyektlərinə dair 14 minə yaxın arxiv qovluğu araşdırılıb. Nəticədə 25 minə yaxın sənəd aşkar edilərək Qarabağ rəqəmsal informasiya sisteminə daxil edilib.

Xəbər lenti

Çox oxunanlar