Xəzər Xəbər

Türkiyə-Azərbaycan Universiteti nə vaxt AÇILACAQ?

Cəmiyyət | 18:10 • 29 Yanvar 2024
Türkiyə-Azərbaycan Universiteti nə vaxt

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə hər iki ölkədən olan gənclərimiz həm Türkiyədə, həm də Azərbaycanda təhsil almaq imkanı əldə edəcəklər”.

Bunu Türkiyənin təhsil naziri, professor Yusuf Tekin deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən ilin iyun ayında Bakıya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Türkiyə-Azərbaycan Universitetinin yaradılması məsələsi gündəmə gəlib:

“Bu məsələ hələ də aktualdır”, - nazir söyləyib.

Qeyd edək ki, Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsindən Azərbaycan-Türkiyə Birgə Universitetinin fəaliyyətinin təmin edilməsi məqsədilə 10 milyon manat vəsait ayrılıb. Ali məktəbdə mühəndislik və tibb ixtisasları üzrə olmaqla 240 tələbənin təhsil alması nəzərdə tutulub.

Xəbər lenti

Çox oxunanlar