Xəzər Xəbər

Hərbçilərin uşaqlarına nə qədər müavinət verilir?

Müavinət şəxsin hərbi xidmətdə olduğu dövr üçün təyin edilir
Cəmiyyət | 12:01 • 29 Yanvar 2024
Hərbçilərin uşaqlarına nə qədər müavinət verilir?

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət verilir.   

Xezerxeber.az xəbər verir ki, bu müavinət şəxsin müddətli həqiqi hərbi xidmətdə olduğu dövr üçün təyin edilir.  

Müavinəti almaq üçün Dövlət Sosial Müdafiə Fondunun yerli bölməsinə və “DOST” mərkəzinə müraciət edilməlidir.  
Bunun üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi, şəxsin müddətli həqiqi hərbi xidmətdə olmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı olmalıdır.  
Müraciətə 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.  
Müavinətin məbləği 120 manatdır.  

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024