Xəzər Xəbər

Bakıda şagirdlərə kobud rəftarına görə müəllimə TÖHMƏT

Cəmiyyət | 16:20 • 25 Yanvar 2024
Bakıda şagirdlərə kobud rəftarına görə müəllimə

317 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 23 noyabr 2023-cü il tarixində məktəbin 1b sinfinin rəhbəri dərs zamanı şagirdlərin nəticələrini valideynə göstərmək məqsədilə telefonla videogörüntü çəkib. Görüntülər zamanı müəllimin şagirdə qarşı uyğunsuz davranışı nümayiş olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, məktəb rəhbərliyi tərəfindən müəllimlə söhbət zamanı o etdiyi əməli etiraf edib. Müəllimin izahatı alınıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi ona töhmət verilib.

"Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən şagird və valideynlərlə, həmçinin psixoloq tərəfindən şagirdlə söhbət aparılıb. Artıq son iki aydır şagirdlər müəllimləri ilə birlikdə dərslərdə iştirak edirlər, valideynlərdən hər hansı rəsmi şikayət daxil olmayıb", - deyə əlavə edilib.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024