Xəzər Xəbər

DİM rəhbəri: İmtahanlar mərhələli formada elektronlaşdırılacaq

Cəmiyyət | 12:50 • 25 Yanvar 2024
DİM rəhbəri: İmtahanlar mərhələli formada elektronlaşdırılacaq

"Dövlət İmtahan Mərkəzinin 852 yerlik elektron imtahan mərkəzi hazırda test rejimində fəaliyyət göstərir. İndi korpusda olan avadanlıqları yoxlayırıq".

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, fevralda bu mərkəzin açılışı gözlənilir: "İlk növbədə dövlət qulluğu imtahanları, daha sonra magistratura və doktorantura üzrə imtahanlar elektronlaşdırılacaq. Kağız daşıyıcılarda imtahanlar mərhələli formada elektronlaşdırılacaq".

Xəbər lenti

Çox oxunanlar