Xəzər Xəbər

Qaz istifadəsi limitlərinin ləğvi məsələsi gündəmdə deyil RƏSMİ

Cəmiyyət | 12:38 • 25 Yanvar 2024
Qaz istifadəsi limitlərinin ləğvi məsələsi gündəmdə deyil

Azərbaycanda əhali qrupu üzrə abonentlər üçün tətbiq olunan qaz istifadəsi limitlərinin ləğvi məsələsi gündəmdə deyil.

Xezerxeber.az-ın xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev havaların kəskin soyuması ilə əlaqədar sosial şəbəkələrdəki canlı yayımı zamanı bildirib. 

“Bu məsələ gündəmdə deyil və ona baxılmayıb”, - Ruslan Əliyev vurğulayıb.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Xəbər lenti

Çox oxunanlar