Xəzər Xəbər

Şəhid ailələri və müharibə əlillərinə bir ildə 14 min 800 mənzil və fərdi ev verilib

Cəmiyyət | 11:38 • 25 Yanvar 2024
Şəhid ailələri və müharibə əlillərinə bir ildə 14 min 800 mənzil və fərdi ev verilib

2023-cü ildə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14 min 800 mənzil və fərdi ev verilib.

Xezerxeber.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov söyləyib.

V.Behbudov bildirib ki, Azərbaycan Ordusunun Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminat proqramı beş dəfə genişlənib.

Qeyd edilib ki, keçən il 150, ümumən ötən dövrdə 7600-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib. 2023-cü ildə şəhid ailələrinin üzvləri və digər imtiyazlı şəxslərdən ibarət 2510 nəfər yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

Hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 3 660 şəxsə evdə sosial-məişət xidməti göstərilir. 2023-cü ildə İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 63 nəfər vətəndaşımız agentlik tərəfindən reinteqrasiya və sosial reabilitasiya tədbirlərinə cəlb olunub.

Xəbər lenti

Çox oxunanlar