Xəzər Xəbər

Hala şəraiti ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Cəmiyyət | 09:05 • 24 Yanvar 2024
Hala şəraiti ilə bağlı sürücülərə

Daxili İşlər Nazirliyinin əməkdaşları respublikanın avtomobil yollarında hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Sürücülərdən xahiş edirik, sürət həddini hava şəraitinə uyğun tənzimləsinlər, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinsinlər. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir", - qurumdan bildirilib.

Xəbər lenti

Çox oxunanlar