Xəzər Xəbər

Milli Məclisdə boşanmalarla bağlı dinləmə keçirilə bilər

Cəmiyyət | 12:43 • 23 Yanvar 2024
Milli Məclisdə boşanmalarla bağlı dinləmə keçirilə bilər

Parlamentdə boşanmalarla bağlı dinləmənin keçirilməsi təklif olunur.

Xezerxeber.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Sədaqət Vəliyeva komitənin yanvarın 23-də keçirilən iclasında deyib.

O, Dövlət Statistika Komitəsinin hesabatlarında ölkədə boşanmaların sayının artdığını qeyd edərək bu cür müzakirəyə zərurət yarandığını söyləyib: “Hesab edirəm ki, aidiyyəti dövlət qurumları ilə birlikdə boşanmaların sayının artmasında əsas olan səbəbləri müzakirə etməliyik”.

Komitə sədri Hicran Hüseynova isə vurğulayıb ki, dinləmədə təkcə boşanmaları yox, eləcə də başqa vacib məsələləri birləşdirib müzakirə etmək olar.

Xəbər lenti

Çox oxunanlar