Xəzər Xəbər

Uşaq hüquqlarının qorunması sahəsində qanunvericilik təkmilləşdirilir

Cəmiyyət | 13:52 • 23 Yanvar 2024
Uşaq hüquqlarının qorunması sahəsində qanunvericilik təkmilləşdirilir

Ölkəmizdə uşaq hüquqlarının müdafiəsinin dövlət təminatı istiqamətində qanunvericilik təkmilləşdirilir. Dəyişikliklərdən biri də uşaq hüquqlarının müdafiəsi istiqamətində valideynlik hüquqlarından məhrumetmə ilə bağlı iddia qaldıran şəxslər sırasına prokurorluq orqanlarının da daxil edilməsi ilə bağlıdır.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin yanvarın 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Mülki Prosessual Məcəlləyə, Ailə Məcəlləsinə və “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb.

Birinci oxunuşda təqdim olunan sənədə əsasən, Ailə Məcəlləsinə dəyişikliklər valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına prokurorluq orqanlarının da əlavə olunmasını özündə ehtiva edir.

Mövcud Qanuna əsasən, bir çox hallarda yetkinlik yaşına çatmayanların hüquqlarını müdafiə edən orqan qismində Baş Prokurorluq tərəfindən azyaşlıların həyatı üçün təhlükə yaradan valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması barədə çoxsaylı iddialar qaldırılsa da, məhkəmələr tərəfindən Prokurorluğun həmin iddianı qaldırmağa subyektiv hüququ olmaması əsası ilə iddialar təmin edilmir.

Xəbər lenti

Çox oxunanlar