Xəzər Xəbər

Azərbaycan “Azerspace-1” peykinin kredit öhdəliklərini TAM ÖDƏDİ

Cəmiyyət | 15:17 • 22 Yanvar 2024
Azərbaycan “Azerspace-1” peykinin kredit öhdəliklərini

Ötən il Azərbaycan ilk peyki olan “Azerspace-1” üzrə kredit öhdəliklərini tam ödəyərəkən yekunlaşdırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilir ki, peykin istehsalı üzrə 116,6 milyon ABŞ dolları və orbitə qaldırılma xidmətləri üzrə 89,6 milyon ABŞ dolları (ümumilikdə 206,2 milyon ABŞ dolları) məbləğində kredit öhdəlikləri ödənilib.

Azərbaycan telekommunikasiya və optik peyk xidmətlərinin təqdim edilməsindən bu günə kimi 550 milyon manatdan çox vəsait əldə edibKosmik Agentlik ("Azərkosmos") telekommunikasiya peykləri və kosmik həlləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya regionlarının 50-dək ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərir.

“Azerspace-1” peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılıb. Peyk teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. "Azerspace-1"-in istismar müddəti isə azı 15 ildir.

Xəbər lenti