Xəzər Xəbər

Ağsuda yaşadığı evdə avtomat gizlədən və narkotiklə məşğul olan şəxslər SAXLANILDI

Cəmiyyət | 11:16 • 21 Yanvar 2024
Ağsuda yaşadığı evdə avtomat gizlədən və narkotiklə məşğul olan şəxslər

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, 1964-cü il təvəllüdlü Elman Əsədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən atəşə yararlı “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 5 ədəd patron aşkar edilərək götürülüb.

Elman Əsədov avtomatı bir müddət əvvəl tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Xəbər lenti

Çox oxunanlar