Xəzər Xəbər

Saleh Məmmədov: Ödənişli yolda radar yoxdur, kim istəyir artıq sürsün

Cəmiyyət | 14:33 • 20 Yanvar 2024
Saleh Məmmədov: Ödənişli yolda radar yoxdur, kim istəyir artıq sürsün

“Ödənişli yollarda radar və nəzarət yoxdur”.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov ödənişli yollardakı sürət həddindən danışarkən deyib. 

O bildirib ki, həmin yollarda qoyulan 110 km/saatlıq sürət həddi ilə bağlı nişanlar, sadəcə, xatırlatma məqsədi daşıyır.

“Azərbaycanda magistral yollarda maksimal sürət həddi 110 km/saat qəbul olunub. Biz, yəni sürücülərə xəbərdarlıq üçün bu lövhəni yerləşdirmişik. Orada heç bir radar, heç bir nəzarət yoxdur. Yəni, qoymuşuq ki, yaddaşdır. Kim sürmək istəyir ondan artıq sürsün”.

 

Xəbər lenti

Çox oxunanlar