Xəzər Xəbər

Azərbaycanda işçilərin gecikdirilmiş vəsaiti ÖDƏTDİRİLDİ

Cəmiyyət | 17:10 • 19 Yanvar 2024
Azərbaycanda işçilərin gecikdirilmiş vəsaiti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2023-cü ildə vətəndaş müraciətlərinin araşdırılması zamanı 471,6 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Xezerxeber.az Nazirliyə istinadən xəbər verir ki, Xidmətin gördüyü tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 370,1 min manatı əmək haqlarından, 87,9 min manatı işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, 13,6 min manatı isə zərərə görə ödənclərdən ibarət olub.

Ötən il ərzində 107 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb. 

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024