Xəzər Xəbər

Azərbaycanda “Qırmızı kitab”a düşmüş quşu ovlayan Qətər vətəndaşı CƏZALANDIRILDI

Cəmiyyət | 16:37 • 19 Yanvar 2024
Azərbaycanda “Qırmızı kitab”a düşmüş quşu ovlayan Qətər vətəndaşı

Xarici ölkə vətəndaşının Biləsuvar rayonu, Muğan kəndi ərazisində Azərbaycanın “Qırmızı kitabı”na düşmüş bəzgək quşunu ovlaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Qətər vətəndaşı Salem Jaber AZAl-Marri olduğu müəyyən edilib.

“Faktla bağlı təqsirkar şəxs barəsində akt, protokol tərtib olunub və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllləsinin 272.3-cü maddəsinə əsasən 2330 manat məbləğində cərimələnib”, - o deyib. (report)

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024