Xəzər Xəbər

Bakıdan Sumqayıta ekspres marşrut xətti açılır

Cəmiyyət | 15:37 • 19 Yanvar 2024
Bakıdan Sumqayıta ekspres marşrut xətti açılır

Yanvarın 21-dən Bakı - Sumqayıt istiqamətində yeni marşrut xətti fəaliyyətə başlayacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Baku Bus” MMC-nin "Instagram" səhifəsində məlumat yayılıb.

Məlumatda qeyd olunub ki, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq. 

Qeyd edək ki, hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.

Xəbər lenti

Çox oxunanlar