Xəzər Xəbər

Korrupsiya cinayətləri üzrə ötən il 224 cinayət işi məhkəmələrə göndərilib

Cəmiyyət | 15:31 • 19 Yanvar 2024
Korrupsiya cinayətləri üzrə ötən il 224 cinayət işi məhkəmələrə göndərilib

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən il 336 şəxs barəsində 224 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2023-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib. 

Qeyd edilib ki, həmin işlərdən 80 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.

İstintaqı tamamlanmış cinayət işlərindən 211 şəxs barəsində 114 iş ağır cinayətlər məhkəmələrinə, 12 şəxs barəsində 8 iş hərbi, eyni zamanda 113 şəxs barəsində 102 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.

Xəbər lenti

Çox oxunanlar