Xəzər Xəbər

Əlilliyi olan daha 70 nəfərə avtomobil verildi

Cəmiyyət | 14:17 • 19 Yanvar 2024
Əlilliyi olan daha 70 nəfərə avtomobil verildi

Yanvarın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə daha 70 avtomobil verilib.

Xezerxeber.az xəbər verir ki, avtomobillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev təqdim edib.

Tədbirdə bildirilib ki, postmüharibə dövründə 500-dək, ümumilikdə ötən dövrdə 7600-dən çox avtomobil imtiyazlı kateqoriyadan olan şəxslərə verilib.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib.

 

Xəbər lenti

Çox oxunanlar