Xəzər Xəbər

ABŞ təyyarəsi Bakıya təcili eniş edib

Cəmiyyət | 08:11 • 19 Yanvar 2024
ABŞ təyyarəsi Bakıya təcili eniş edib

“National Airlines” aviaşirkətinin Siyan-İstanbul reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

AZAL-dan Xezerxeber.az-a bildirilib ki, ABŞ aviadaşıyıcısının təyyarəsi yerli vaxtla saat 07:23-də Bakı hava limanına təhlükəsiz eniş edib.

Hazırda yaranmış texniki nasazlığın aradan qaldırılması məqsədilə bütün lazımi tədbirlər görülür.

Xəbər lenti