Xəzər Xəbər

Güclü külək əsəcək XƏBƏRDARLIQ

Cəmiyyət | 19:35 • 18 Yanvar 2024
Güclü külək əsəcək

Milli Hidrometeorologiya Xidməti hava şəraiti haqqında məlumat yayıb.

Xidmətdən Xezerxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 19-u gündüzdən 20-dək cənub-qərb küləyinin 15-18 metr/saniyə, gündüz yarımadanın bəzi yerlərində arabir 20 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 19-da qərb küləyinin əsasən bəzi dağlıq və dağətəyi rayonlarda 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Xəbər lenti