Xəzər Xəbər

Şəhidlər xiyabanında hazırlıq işləri yekunlaşmaq üzrədir FOTOSESSİYA

20 Yanvar faciəsinin ildönümü ərəfəsində vətəndaşlar Şəhidlər xiyabanına axın edirlər
Cəmiyyət | 17:00 • 18 Yanvar 2024
Şəhidlər xiyabanında hazırlıq işləri yekunlaşmaq üzrədir

Bakıda Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. 

Xezerxeber.az xəbər verir ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən kompozisiyaların hazırlanması işi yekunlaşır.

Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.

Həmçinin Şəhidlər xiyabanında təmizlik və abadlıq işləri görülür.

Xiyaban ərazisindəki ağacların budaqları və kollar budanır, qazon örtüyü yenilənir, yeni güllər və kollar əkilir, işıq dirəkləri rənglənir.

Bundan başqa, səkilər və xiyabanın ətrafı yuyulur.

Xiyabandakı məşəldə profilaktika aparılır.

Hazırlıq işlərinin yanvarın 19-da başa çatacağı planlaşdırılır.

Eyni zamanda, 20 Yanvar faciəsinin ildönümü ərəfəsində vətəndaşlar şəhidlərin xatirəsinə ehtiramlarını bildirmək üçün Şəhidlər xiyabanını ziyarət edir, onların ruhlarına dualar oxuyurlar.

Yanvarın 18-də uşaqdan böyüyə hər kəs şəhidləri yad etmək üçün buraya axın edirlər.

Ziyarətçilər arasında məktəblilər və onların valideynləri, müəllimləri çoxluq təşkil edirdilər. 

 

Xəbər lenti

Çox oxunanlar