Xəzər Xəbər

Yataqxanadakı yanğında tüstûdən zəhərlənənlərin SON VƏZİYYƏTİ AÇIQLANDI

Cəmiyyət | 09:35 • 18 Yanvar 2024
Yataqxanadakı yanğında tüstûdən zəhərlənənlərin SON VƏZİYYƏTİ

18.01.2024-cü il tarixində Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verib.

Xatırladaq ki, 17.01.2024-cü il tarixində saat 22:50 radələrində Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib.

Bildirilir ki, 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub.

“1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961 -ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir.

2 nəfər qadına isə “Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub.

Briqadalar hazırda hadisə yerindədir”- məlumatda qeyd edilib. (trend)

Xəbər lenti

Çox oxunanlar