Xəzər Xəbər

Bakı - Naxçıvan aviareysi yola düşüb YENİLƏNİB

Cəmiyyət | 13:24 • 17 Yanvar 2024
Bakı - Naxçıvan aviareysi yola düşüb

 

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) əlverişsiz hava şəraiti ilə əlaqədar gecikən J2-251 nömrəli reysinin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüblər.

AZAL-dan Xezerxeber.az-a verilən məlumata görə, Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-253 nömrəli reysin sərnişinləri də təyinat məntəqəsinə yola düşüblər.

10:13

Azərbaycan Hava Yollarının J2-251 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reysin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.

Xezerxeber.az xəbər verir ki, sözügedən reysin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.

Xəbər lenti

Çox oxunanlar