Xəzər Xəbər

Bəzi həkimlərin maaşlarına əlavənin müddəti artırılıb

Cəmiyyət | 09:48 • 17 Yanvar 2024
Bəzi həkimlərin maaşlarına əlavənin müddəti artırılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına edilən əlavənin müddəti uzadılıb.

Xezerxeber.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu müddət aprelin 2-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət yanvarın 2-dək nəzərdə tutulmuşdur.

Xəbər lenti

Çox oxunanlar