Xəzər Xəbər

Qaz xətti qırıldı, 2 min abonentin qaz təchizatı DAYANDI

Cəmiyyət | 08:51 • 16 Yanvar 2024
Qaz xətti qırıldı, 2 min abonentin qaz təchizatı

Masallı rayonu Təzə Alvadı qaz paylayıcı stansiyadan qidalanan Meşəkənarı istiqamətində Yeyənkənd, Böyük Xocavar, Tatyanoba, Güllütəpə, Meşəkənarı kəndlərini təbii qazla təmin edən diametri 273 mm orta təzyiqli qaz xətti güclü şaxtanın təsirindən qırılıb.

Xezerxeber.az-ın məlumatına görə, nəticədə 2 min abonentin qaz təchizatı saat 04:20-dən dayandırılıb.

“Sakinlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir”-deyə, məlumatda vurğulanıb.

Xəbər lenti