Xəzər Xəbər

Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 6-ya ÇATDI

Cəmiyyət | 17:30 • 15 Yanvar 2024
Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 6-ya

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Xezerxeber.az xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat təsdiqlənib.

Qeyd olunub ki, paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb. 

 

Xəbər lenti