Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Xezerxeber.az-a bildirilib ki, Günəş ləkələrinin sayı artıb. 12 ləkə qrupunda 183 ləkə və kiçik Tac dəliyi müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub. Hazırda Günəş küləyinin sürəti normaldır (324 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4 nT, radial istiqamətdə isə -1 nT təşkil edir. Kp indeksi 0.67-ə bərabərdir, kosmik hava sakitdir.
Yanvarın 15-dən 21-dək C sinif alışmanın baş verməsi ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 30 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.
Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.
Yanvarın 16-17-də Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə geomaqnit sahəsinin fəallaşması ehtimalı var, geomaqnit qasırğası gözlənilmir.